Bunlar törədici virusdur. “Donuz qripi” üçün ayrıca peyvənd yoxdur.
Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrdə “donuz qripi”nin yayıldığı elan olunur:
“Bunlar törədici virusdur. “Donuz qripi” üçün ayrıca peyvənd yoxdur. Əgər virusa yoluxma epidemik həddi keçərsə, ölkədə vaksinasiya aparılar. Birmənalı olaraq ölkə ərazisində “donuz qripi” virusu yoxdur və yoluxma müşahidə edilməyib. Qrip virusu var və bu, müxtəlif dövrlərdə olub və olacaq”.
O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə üç klinikada xüsusi palatalar ayrılıb.