Dekabr ayının 29-dan, yəni sabahdan etibarən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq beş gün qeyri-iş günü elan edilib.
Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.
Beləliklə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə beş gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.
Həftənin cümə axşamı, yanvar ayının 3-ü isə növbəti iş günüdür.