"Sulu və bütün növ qəlyanlar aksiz vergisinə cəlb edilməlidir”.
Bu sözləri Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Musa Quliyev deyib. Bildirib ki, qanunvericilikdə qəlyan da tütün məhsullarına bərabər tutulur, amma Vergi Məcəlləsində bu məsələ öz əksini tapmayıb.
Deputat özəl səhiyyə mərkəzlərinə vergi güzəştlərinin tətbiq olunmasını da təklif edib. "Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”.