Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? – RƏY

09.11.2018 17:13 3 703
Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? – RƏY
Payız-qış mövsümündə daha çox yuxarı tənəffüs yollarının, eləcə də xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan kəskinləşmələr qeydə alınır. Bu hala, əsasən, azyaşlılar arasında sıx rast gəlinir.

Mütəxəssislər “Report”a soyuq aylarda bu cür xəstəliklərdən necə qorunmağın yollarını açıqlayıblar.

Azərbaycan Tibbi Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müəllimi, həkim-pediatr Nigar Sədiyeva bildirib ki, yuxarı tənəffüs yolları burun dəliklərinin başlanğıcından səs tellərinə qədər olan bölgədir: “Bu orqanların infeksiyaları uşaqlarda ən çox rast gəlinən infeksiyalardır. Bu da xüsusilə qış aylarında özünü çox büruzə verir”.

Onun sözlərinə görə, yuxarı tənəffüs yolları xəstəliklərinə zökəm, faringit, laringit, badamcıqların iltihabı, otit və sinusit aiddir: “Uşaqlarda bu sahədə ən çox rast gəlinən səbəb viruslardır (rinoviruslar, adenoviruslar və influenza-qrip virusu). Bakteriyalar isə artıq ikinci plandadır. Bakteriyalardan stafilakokk və streptokokk infeksiyaları valideynlərə daha çox tanışdır. Streptokokk infeksiyaları düzgün müalicə edilməzsə, revmatik qızdırma və diffuz poststeptokokk qlomerulonefritə səbəb olur”.

Həkim-pediatr həmçinin yuxarı tənəffüs yolları infeksiyalarının əlamətlərini də açıqlayıb: “Xəstədə asqırma, öskürmə, qızdırma, halsızlıq, yorğunluq, başağrısı, bəzən də qulaq və boğaz ağrısı olur. Gözlərdə və ağzın içində qızartı müşahidə olunur. Burundan əvvəl şəffaf, sonra qatı ifrazat gəlir. Bu kimi hallarda xəstəyə istirahət təyin olunmalı və bol maye qəbulu məsləhət görülür. Qızdırmasalıcı və ağrıkəsici təsirli preparatlar, burun açıcı və öskürək siropları həkim təyinatına əsasən istifadə edilir. İkincili bakterial infeksiya varlığında və ya boğazdan yaxmada bakteriyalar aşkarlandıqda antibiotik təyin edilir. Aşağı tənəffüs yollarına keçərək bronxit və ya pnevmaniyaya səbəb ola bilirlər. Bu virusun inkişafı və ya allergik orqanizm səbəbindən ola bilər. Xışıltılı tənəffüs eşitdikdə dərhal həkimə müraciət edilməlidir. A qrup streptokokk infeksiyaları yetərli müalicə edilməzsə, revmatik ürək və ya böyrək xəstəliyinə səbəb ola bilir”.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərov “Report”a açıqlamasında deyib ki, payız-qış mövsümündə xroniki sinusitlər, rinitlər, allergik sinusitlər, allergik rinitlərdə kəskinləşmələr olur: “Xəstəliklərin kəskinləşmə şiddəti və müddəti orqanizmin immun sisteminin aktivliyindən, fəslin nə qədər ağır keçməsindən birbaşa asılıdır. Misal olaraq, payız fəslində temperatur nə qədər aşağı düşürsə, kəskinləşmə uzunmüddətli, eləcə də şiddətli olur”.

Onun sözlərinə , xroniki xəstəliklərin kəskinləşməsi və fəsad vermə ehtimalları daha çox yaşlılarda və uşaqlarda olur: “Bu, yaşlı insanlarda, immun sisteminin zəifləməsi və paralel şəkildə gedən digər xəstəliklərlə əlaqəlidirsə, azyaşlılarda problem daha çox immun sisteminin tam qurulmadığı, kollektivlə sıx təmasın olmasına görə xəstəliklərin yayılması və digər üst tənəffüs yolları xəstəliklərinin fonunda xroniki xəstəliklərin kəskinləşməsinin çoxalması ilə bağlıdır. Gənclər və orta yaş təbəqəsi nümayəndələrində həyat tərzi mühüm rol oynayır. Belə ki, bir çox insan gündəlik sağlam həyat tərzinə əməl etmir. Düzgün qidalanmamaq da, öz növbəsində, immun sisteminin zəifləməsinə və təbii olaraq xroniki xəstəliklərin kəskinləşməsinə, eləcə də kəskinləşmənin ağır keçməsinə şərait yaradır”.скачать dle 11.3
Mojo.az Banner