Dağıstanda 13 mərtəbəli yarımtikili binadan üç azərbaycanlının yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb.
Median.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, bununla bağlı istintaq komitəsi məlumat yayıb.
Faktla bağlı tikinti işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində iki və daha artıq şəxsin ölümü ittihamı ilə cinayət işi açılıb.
Xatırladaq ki, oktyabrın 23-də Dərbənddə üç azərbaycanlı 13-cü mərtəbədən yıxılaraq ölüblər.