Əhalinin siyahıya alınması üçün dövlət büdcəsindən 23 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bunu parlament komitələrinin büdcə müzakirələrində maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirib.
O qeyd edib ki, siyasi partiyaların maliyyələşdirilməsinə 2019-cu ilin dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılacaq.
Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması üçün dörd milyon manat vəsaitin, Bilik Fonduna isə bir milyon manat vəsaitin ayrılması nəzərdə tutulur./oxu.az