Badamdar şosesində sürüşmə zonasında aktivlik müşahidə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecəboyu davam edib:
“Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir”.
Qeyd edək ki, dünən ərazidə fərdi yaşayış evlərinin birinin hasarının 30 metrlik hissəsi uçub.