Bakı Ağır Cinayətlər Məhkəməsində Məsud Müzəffərovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə
hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ittiham aktına görə, bu ilin aprel ayında "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazadasında Məsud Müzəffərov həyat yoldaşını Aytəkin Müzəffərovanın başına benzin tökərək, ona od vurub. Nəticədə ağır dərəcəli yanıq xəsarətləri alan qadın dünyasını dəyişib.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılan M.Müzəffərov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.
İş üzrə baxış oktyabrın 12-nə təyin edilib.