Bakı metrosunda “Qara Qarayev”-“İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
“Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Qara Qarayev stansiyasında qatarda baş verən texniki nasazlıq üzündən qatarların hərəkətində problem yaranıb. 7-8 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Lakin təhlükəsizlik baxımından qatar texniki baxış üçün depoya göndərilib. Buna görə də bütün qatarların hərəkətində gecikmələr olub. Nəticədə stansiyalarda sıxlıq yaranıb. Qatarda qalan insanların vəziyyətinə gəlincə, heç bir qanqaraçılıq müşahidə olunmayıb”.