Meşədə meyiti tapılan nazirlik əməkdaşının ölümünün yeni təfərrüatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:23 İcra başçısı ilə birgə həbs edilən sabiq baş həkim vaxtından əvvəl azadlığa buraxılıb  |     21:15 Rusiya XİN Yaponiyaya xəbərdarlıq edib  |     21:08 Telefon oğurlandıqda avtomatik bloklanacaq – Yeni funksiya - FOTO  |     21:01 Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib  |     20:30 Bu rayonun hərbi komissarı saxlanıldı  |     20:13 Sumqayıtda yol qəzası olub, sürücü ölüb  |     19:52 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:44 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:43 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:42 Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb  |     19:33 Azərbaycanda hərbi komissar saxlanıldı  |     18:58 Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb  |     18:41 Sabirabadda yük maşını kanala düşdü  |     18:14 Deputat vəzifəsindən azad edildi  |     18:10 Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb  |     18:06 Sumqayıtda qəza - Sürücü ölüb  |     17:37 Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib  |     16:43 Bakıda dəstə üzvləri bir nəfəri döyüb qarət etdilər  |     16:17 Braziliya Prezidenti COP29-da iştirak edəcək  |     16:05 Sarayda şagird məktəbin binasından yıxıldı  |    

Meşədə meyiti tapılan nazirlik əməkdaşının ölümünün yeni təfərrüatı

Yevlaxda ağacdan asılı vəziyyətdə tapılan nazirlik əməkdaşının intiharının təfərrüatı məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, Ramis Azaqov ən son Şəki avtovağzalında qəzəbli şəkildə kiminləsə telefonla danışan zaman görülüb.

Mərhum telefonla danışdıqdan sonra Yevlax istiqamətinə gedən avtobusa minib. İlkin ehtimala görə, ona borcu olan tanışı ilə danışıb. Evdən çıxandan 12 gün sonra onun meyiti Yevlax rayonu ərazisində, meşəlik sahədə, meşəbəyi tərəfindən ağacdan asılı vəziyyətdə aşkarlanıb. Ramis Azaqov üç gün sağ qalıb. Ölümündən səkkiz gün sonra isə meyit tanınmaz halda tapılıb.

Qohumları bildirib ki, Ramis Azaqovun tanışının ona 3500 manatdan çox borcu olub. O, dəfələrlə borcu istəsə də, hədələyiblər və bildiriblər ki, borcu istəsə, onu ortadan götürəcəklər. Ailə üzvləri ondan xahiş ediblər ki, pulu istəməsin. Ramis isə pulu geri alacağını bildirib.

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsindən Oxu.Az-a bildirilib ki, Azaqov Ramis Şükür oğlu 15.05.1992-ci ildən ƏƏSMN DSMF Şəki şəhər şöbəsində sosial sığorta sektorunda müxtəlif vəzifələrdə işləyib:

“İşlədiyi müddətdə nizam-intizamlı, çalışqan işçi kimi özünü göstərib, kollektivdə hamı ilə hörmətli davranıb və heç bir problemi olmayıb. Sentyabrın 24-də işə gəlmədiyinə görə ailəsi ilə əlaqə saxlanılıb və məlum olub ki, sentyabr 23-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb”.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 811 04.10.18 13:55