Uşaqları zərərli və təhlükəli informasiyalardan necə qoruyaq? - ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:31 DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib  |     20:30 Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar  |     19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |     16:05 Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb  |     15:42 Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı  |     14:29 Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü  |    

Uşaqları zərərli və təhlükəli informasiyalardan necə qoruyaq? - ŞƏRH

Uşaqları qorumaq, onların müdafiəsi cəmiyyətin əsas vəzifələrindən biridir. Uşaqların zərərli informasiyadan qorunması dedikdə, ilk olaraq insanın ağlına virtual məkandan, internet resurslarından doğan təhlükələr gəlir.

Yaşadığımız reallıqda internetin faydalı olduğunu düşünməkdə haqlıyıq: dünyanın istənilən yerindən onlayn alış-veriş etmək, kommunal xərcləri ödəmək, informasiya əldə etmək, əlaqə yaratmaq, ümumilikdə sürətli həyatda zamana qənaət etmək imkanı qazanmışıq. Lakin internet heç də həmişə faydalı deyil, övladlarımız üçün nəzarətsiz və təhlükəli məkandır.

Bunu millət vəkili Sona Əliyeva-Süleymanova “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun layihəsinin ikinci oxunuşu ətrafında gedən müzakirələri şərh edərkən bildirib.

Millət vəkilinin dediyinə görə, Rusiyada aparılan son araşdırmalara əsasən, 14 yaşına qədər uşaqların 75 faizi valideyn nəzarəti olmadan internet istifadəçisidir və onların orada nə kimi informasiya istehlak etdiyindən valideynlər xəbərsizdir.

“Bu qanun birinci oxunuş üçün müzakirə edildiyi zaman geniş şəkildə öz təkliflərimi yazmışdım. Ona görə əsl məqsədim eyni fikirləri dəfələrlə təkrarlamaq deyil, medianın və cəmiyyətin vacib olan bir məsələnin gündəmə gəlməsinə diqqət çəkmək istəyimdir.

Bu gün cəmiyyətimizdə rast gəldiyimiz və biganə qalmamalı olduğumuz konkret hadisələrə diqqət ayırmaq istərdim”, - deyən millət vəkili bildirib ki, internet vasitəsilə oynanılan oyunların ölkəmizdə də bir çox istifadəçisi, hətta aludəçisi var və bunlar, təəssüf ki, əsasən, uşaqlardır.

Onun sözlərinə görə, bu oyunları oynayan zaman müxtəlif, bəzən özündə qeyri-etik informasiyanı daşıyan reklamlara rast gəlmək, cəlbedici və asan qazanc yolunu ehtiva edən onlayn qumar saytlarına düşmək mümkündür:

“Dəfələrlə xarici saytlarda filmə baxarkən onlayn kazino saytlarının reklamı ilə rastlaşmışam, izləyiciyə “filmə baxmaq və ya filmin davamını görmək istəyirsənsə, müəyyən müddət ərzində bu reklamın bitməsini gözləməlisən” tipli informasiyalar təqdim olunur.

Əlbəttə ki, bu prosesi tam anlamayan və ya oyun həvəskarları olanlar belə saytlara daxil olur və sonra bəzən maddi və mənəvi əzablarla peşmanlıq hissi ilə üz-üzə qalırlar.

Müqayisə edək, internet vasitəsilə uşaqların oynadığı oyunlar pulsuzdur, amma burada müxtəlif müsabiqələr, şərtlər var ki, yerinə yetirməlisən, qazandığın təqdirdə mükafatlandırılırsan, yəni, fərqi yoxdur, hər hansı bir formada oynamaq üçün stimullaşdırılırsan, ballar, səviyyələr qazanırsan və oynadıqca həvəs, adrenalin, sonunda isə asılılıq yaranır.

Yavaş-yavaş azarkeş olmağa başlayırsan, bunlar heç də qumaq saytlarından az təhlükəli deyil. Beləliklə, böyük və kiçik oyunçular arasında yeganə fərq ortada pul vəsaitinin olmamasındadır.

Proses eynidir və əlbəttə ki, belə vərdişlər gələcəkdə bu uşaqları qumar kimi daha pis vərdişlərə sürükləyə bilir, davamlı həyəcan yaşamaq istəyi ilə asılılıq yaradır”.

Millət vəkili bildirib ki, ölkəmizdə qumar oynamaq qadağandır, virtual məkan isə hüquqi baza ilə tənzimlənmədiyindən, bu kimi saytlar ölkə ərazisində yayımlanır və reklam olunur:

“Fikrimcə, daha çox bu haqda düşünmək lazımdır. “Mavi balina” oyunu haqqında hamımız məlumatlıyıq, son bir ildə ölkəmizdə bir neçə uşağın bu oyunun qurbanı olduğu xəbərini mediadan ürək ağrısı ilə izləmişik.

Mən, sadəcə, təhlükənin miqyasını xatırlatmaq istədim. Ölkəmizdə təhsil dövlət siyasətinin əsas prioritetlərindən və davamlı islahatların həyata keçirildiyi əsas sahələrdən biridir. 2012-ci ildə təhsilin informasiyalaşdırılması dövlət proqramının qəbulu ilə məktəblərin kompüter, elektron lövhələr və internet təminatı həyata keçirilməsinə başlandı.

Bu fəaliyyətlər elə o zamandan tədrisin keyfiyyətinə yaxşı mənada öz təsirlərini göstərməyə başladı. Bu gün hətta ucqar kəndlərdə belə məktəblərin internetə çıxış imkanları var. Ümumtəhsil məktəblərində dövlətin yaratdığı bu şəraitdən yararlanırıq.

Amma övladlarımızın gününün çox hissəsini məktəbdə keçirdiyini nəzərə alsaq, məktəblərin internet çıxışlarına filtirizasiya serverləri, proqramları qurmaq, uşaqları zərərli informasiyalardan qorumaq yolunda ilk addım ola bilər.

Bu addım həm də yetkinlik yaşına çatmayan uşaqların internetdən istifadəsi zamanı valideyn nəzarətinin olub-olmadığının statistikasını aparmağa kömək edər. Bildiyim qədərilə, bununla bağlı ölkədə hər hansı bir statistika aparılmayıb.

İnternet üzərindən aparılan araşdırmalara əsaslansaq, internetdə və bu resursun tərkib hissəsi olan sosial və digər formada olan şəbəkələrdə gündəlik, bloq və profillərin sahiblərinin yarısını yetkinlik yaşına (18) çatmayanlar təşkil edir və bu kimi fəaliyyətlər onlar üçün ən gözəl özünüifadə üslubudur.

Bu profillərdə onlar özləri haqqında məlumatları, şəkilləri, videoları, maraq və hobbilərini paylaşırlar. Bununla da onlar həm özləri, həm də valideynləri haqqında məlumatları yayırlar ki, bu da həmişə xoş sonluqla bitmir.

Reallıqda idə valideynlərinin icazəsi və məlumatı olmadan uşaqlar haqqında məlumatların yayılması yolverilməzdir, hətta bu ildən etibarən internet mediada sosial şəbəkələrdə konfidensiallığın qorunmaması ilə bağlı qlobal qarşıdurmalar baş verməkdədir.

Beyləqanda gənc qızın intihardan qabaq vida videosunu və bunun ardınca ailənin üzüntüsünü, ölkə mediasına yayılmasının utancını xatırladım. Mən hər hansı bir formada uşaqlar haqqında informasiyanın yayılmasına qarşıyam.

Biz internet istifadəçiləri internet təhlükəsizliyi ilə bağlı nə bilirik? Valideyn olaraq uşaqlarımızı virtual təhlükədən qorumaqla bağlı nə qədər məlumatlıyıq?

Bu məsələni internetdə araşdıranda oxudum ki, böyük əməliyyat sistemlərinin və antivirus proqramlarının “Valideyn nəzarəti” adlanan funksiyaları varmış. İstifadə qaydasını mən şəxsən bimirəm, yəqin ki, mənim kimi çox valideyn də bilmir.

Ucqar kəndlərdən, rayonlardan isə heç danışmayaq. Boyumuza alaq, uşaqlarımız bu sahədə bizdən daha çox məlumatlı və bacarıqlıdır, bu kiçik baryerləri aşmaq onlar üçün asandır. Sonda isə uduzan bizik, deməli, öyrənən və tətbiq edən, əslində, biz olmalıyıq, gələcəyimizi biz qorumalıyıq.

Təklifim isə odur ki, aidiyyəti qurumlar internet təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparsınlar, məktəblərdə, idarə və təşkilatlarda, mediada, televiziyada, mümkün olan hər yerdə, amma ilk olaraq valideynlərlə”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 010 04.10.18 13:51