Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Qanunsuz balıq ovlayanlara cinayət işi açıldı

16.06.2026 19:49 291
Qanunsuz balıq ovlayanlara cinayət işi açıldı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu may ayının 1-dən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabr ayının 1-dək qadağan edilir.

Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir.

Belə ki, Mingəçevir su anbarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətində, Kür çayının Samux rayonu ərazisində, Şəmkir rayonu ərazisində,Bakı-Abşeron ərazisində, Xəzər dənizinin Şabran, Siyəzən,Neftçala,Salyan, Lənkəran, Astara rayonları akvatoriyasında balıqçılarla balıqovlama mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılıb.

Qeyd olunan ərazilərdə mütəmadi olaraq qanunsuz balıq ovuna qarşı reydlər keçirilmişdir. Aşkar edilən torlar və balıq ovlama qurğuları sudan çıxarılaraq zərərsizləşdirilib.

Qeyd edək ki, may ayının 1- dən iyun ayının 11- dək keçirilən reydlər nəticəsində Mingəçevir su anbarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətində, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinin sağ sahilində, Xəzər dənizinin Pirallahı, Salyan rayonlarında qanunsuz balıq ovu ilə məşğul olan 15 vətəndaş məsuliyyətə cəlb edilmiş, 15 fakt üzrə inzibati qaydada protokollar tərtib olunmuşdur. 1 fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Qurum tərəfindən balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı nəzarət və ekoloji maarifləndirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner