Bağçada uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:58 Xocavəndin hərbi komissarı həbs edilib - RƏSMİ  |     21:44 Pul köçürmələrinə nəzarət gücləndirildi  |     21:29 Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər  |     21:23 İcra başçısı ilə birgə həbs edilən sabiq baş həkim vaxtından əvvəl azadlığa buraxılıb  |     21:15 Rusiya XİN Yaponiyaya xəbərdarlıq edib  |     21:08 Telefon oğurlandıqda avtomatik bloklanacaq – Yeni funksiya - FOTO  |     21:01 Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib  |     20:30 Bu rayonun hərbi komissarı saxlanıldı  |     20:13 Sumqayıtda yol qəzası olub, sürücü ölüb  |     19:42 Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb  |     19:33 Azərbaycanda hərbi komissar saxlanıldı  |     18:58 Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb  |     18:41 Sabirabadda yük maşını kanala düşdü  |     18:14 Deputat vəzifəsindən azad edildi  |     18:10 Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb  |     18:06 Sumqayıtda qəza - Sürücü ölüb  |     17:37 Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib  |     16:43 Bakıda dəstə üzvləri bir nəfəri döyüb qarət etdilər  |     16:17 Braziliya Prezidenti COP29-da iştirak edəcək  |     16:05 Sarayda şagird məktəbin binasından yıxıldı  |    

Bağçada uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi - VİDEO

Yasamal Rayon Məhkəməsində “Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona bir il sınaq müddəti təyin olunmaqla, barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, bu il iyunun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqlar tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə videogörüntülər sosial şəbəkədə yayılandan sonra cinayət işi açılıb.

Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

Video ictimailəşdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri “Kids studio” uşaq bağçasında olub.

Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək. Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib.

Araşdırma aparılması üçün Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət olunub. Dindirilmə zamanı Firuzə Tağıyevanın bağçada uşaqlara işgəncə verməsi sübuta yetirilib.

Rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 783 03.10.18 12:14