“Qarabağ”ın UEFA Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə keçirəcəyi oyun günü metro güclənləndirilmiş iş rejimində işləyəcək.
Bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, oyunla bağlı metropoliten tərəfindən təsdiq olunmuş əməliyyat planı var:
“Həmin plana uyğun olaraq, “Koroğlu” metrostansiyası oyun başa çatana və insanların daşınması bitənə kimi gücləndirilmiş iş rejimində çalışacaq”.
Bəxtiyar Məmmədov bildirib ki, bunun üçün lazım olan canlı qüvvə və texniki vasitələr də ayrılacaq:
“Ehtiyat qatarlar nəzərdə tutulub. Zərurət yaranacağı təqdirdə əlavə qatarların buraxılması da mümkündür. Bu da intervalın azalması deməkdir. Sərnişin təhlükəsizliyi və rahatlığı ilə bağlı hər bir məsələ əməliyyat planında nəzərdə tututlub. Hər şey stadiona gələn tamaşaçıların sayından asılıdır”.