Oktyabrın 1-də Bakıda qəza törədən avtobus sürücüsü hadisə zamanı qəbul etdiyi dərmanın təsiri altında olub.
Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev vaxtı ilə yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq məhkumluq həyatı yaşayıb:
“Bu ilin may ayında ona verilmiş islah işi başa çatıb. Yenidən həmin şirkətdə avtobus sürücüsü kimi 160 nömrəli marşrut xəttində işə başlayıb. Sürücünün sürücülük vəsiqəsi və adiyyəti sənədləri hələlik əldə edilməyib”.
Vaqif Əsədov qeyd edib ki, 160 nömrəli marşrut xəttinə dəfələrlə xəbərdarlıq edilib:
“Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəhbərinin imzası ilə şirkətə tez-tez orada baş verən nöqsanların aradan qaldırılması ilə bağlı tez-tez məlumatlar verilib.
Həmin sürücü tibbi müayinədən keçərkən dərman qəbul etdiyini bildirib, hadisəni törədən zaman dərmanın təsiri altında olub. Onun narkotik vasitə qəbul etməsi ekspertizanın cavablarından sonra məlum olacaq. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb”.