Qazaxıstandan olan şəxs 1944-cü ildə həlak olmuş sovet əsgərlərinin dəfn olunma yerini tapıb.
Median.Az “Sputnik Qazaxıstan”a istinadla xəbər verir ki, Şımkentdən olan Omarbek Alibekov tapdığı məlumatların yayımlanmasını xahiş edib.
“1944-cü ildə ölən Sovet partizanlarının qardaşlıq qəbiristanlığı Sloveniyanın Spodnya İdriya bölgəsində yerləşir”, - Alibekov deyib.
Dosent orada dəfn olunan şəxslərin adını açıqlayıb:
Azərbaycanlı Mirzəcan Mirzəcanov - 1916-cı il təvəllüdlü;
Qazaxıstanlı Tuleş İrjanov - 1921-ci il təvəllüdlü;
Türkmənistanlı Arip Talimov - 1921-ci il təvəllüdlü;
Türkmənistanlı Cumanazar Kulnazarov - 1922-ci il təvəllüdlü.
Həlak olan şəxslər Qırmızı ordunun hərbçiləri olub, Yuqoslaviyadakı 1-ci rus partizan briqadasının tərkibinə daxil idilər.