Bakıda marşrut avtobusunda təhlükəli anlar qeydə alınıb.
Binəqədi qəsəbəsindən şəhərin mərkəzi istiqamətinə sərnişinləri daşıyan 133 saylı marşrut xətti üzrə hərəkət edən 90 JP 463 nömrə nişanlı avtobusun sürücüsü qapıları bağlamadan hərəkət edib.
Sərnişinlər qapıdan sallaşaraq bütün yolu getməli olublar. Bu da onların həyatın təhlükəyə atıb.
Qeyd edək ki, görüntüləri minik avtomobili sürücülərindən biri lentə alıb.