Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir.
Bunu deputat Hikmət Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
H.Məmmədov qeyd edib ki, sosial şəbəkədən geniş istifadə olunur və bu baxımdan, bu sahənin qanunla tənzimlənməsi zəruridir.
Deputatın sözlərinə görə, informasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanılmalıdır.//oxu.az