Deputat Zahid Oruc “Euronews”kanalının Azərbaycan versiyasının yaradılmasını təklif edib.
Millət vəkili bu təklifi parlamentin payız sessiyasının ilk iclasında səsləndirib.
O qeyd edib ki, Azərbaycana qarşı müəyyən qruplar tərəfindən sosial şəbəkələr vasitəsilə, o cümlədən “Youtube”la “zəhər” axıdılır:
“Odur ki, “Euronews”kanalı ilə danışıb, onun Azərbaycan versiyasını yaratmalıyıq. Bu, həmin “zəhər”lərin önlənməsində böyük töhfə verə bilər”.//oxu.az