Enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ: TƏHLÜKƏLİDİR!!! - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |    

Enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ: TƏHLÜKƏLİDİR!!! - VİDEO

Zaman zaman enerji içkilərinin insan orqanizmininə zərərli təsiri barədə müxtəlif iddialar ortaya atılır. Bu günlərdə Goranboyda 8-ci sinif şagirdinin "hell" içkisindən ölməsi ilə bağlı xəbərlərin yayılması ajiotajı daha da qızışdırıb. Təsadüfi deyil ki, bir çox avropa ölkələri enerji içkilərinin istifadəsinə tam qadağa qoyub. Məsələyə Qida Təhlükəsizliyi Agentliyi münasibət bildirib.

Gənclərin əksəriyyəti, xüsusi ilə də 18 yaşına çatmayan yeniyetmələr mütəmadi olaraq enerji içkilərindən geniş istifadə edirlər. Onlar bu içkilərindən tez tez istifadə etmələrini yorğunluğu götürməsi və insanı daha gümrah etməsi ilə əsaslandırırlar. Ancaq mütəxəssislər bildirir ki, enerji içkşlərşndə olan maddələr onun təlqin etdiyi şüarlarla uzlaşmır. Son olaraq Goranboyda 8-ci sinif şagirdinin hell enerji içkisindən ölməsi ilə bağlı iddialar məsələnin ictimaiyyətdə geniş müzakirə mövzusuna çevirib. Sonradan iddiaların təkzib olunmasına baxmayaraq mövzu aktuallığı daha da artıb.

Qeyd edək ki, insan orqanizminə ciddi zərərləri olduğuna görə Fransa, Danimarka, Norveç və Uruqvayda enerji içkilərinin satışı tam qadağan edilib. Almaniyada isə 2009-cu ildə enerji içkilərində kokain aşkarlandığına görə bir birmənalı qadağa tətbiq edilib.Küveytdə isə 16 və 21 yaşlı iki şəxsin məhz enerji içkisindən ölməsi təsdiqləndiyi üçün qadağan edilib. bir çox ölkələrdə isə bu bu içkilərin satışında yaş məhdudiyyəti var. Belə ki, Böyük Britaniyada,Litva və Latviyada içkilərin 16 yaşından aşağı şəxslərə satılması qadağandır.

İstər Gornaboyda baş verən hadisə, istərsə də dünya təcrübəsi Qida Təhlükəsizliyi Agentliyinin bu məsələyə daha həssas yanaşmasını tələb edir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Günel Məlikzadə bildirir ki, enerji içkilərinin tərkibində olan 3 maddə hər bir şəxs üçün həkim tərəfindən təyin olunan müəyyən normadan artıq olarsa insan sağlamlığında ciddi fəsadlara səbəb ola bilər.

Agentliyin nümayəndəsi bildirir ki, hər bir enerji içkisinin üzərində istehlakçıların başa düşə biləcəyi bir dildə onun tərkibi haqqında məlumat olmalıdır. Ancaq biz ölkədə satışda olan bəzi hell içkisi qablarının üzərində bunu görə bilmirik.

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi onu da bildirir ki, xüsusilə məktəblilər üçün bu içkidən istifadə etmək ümumiyyətlə yolverilməzdir. Amma gəl gör ki bizdə satışda olan bu içkilərin üzərində heç yaş məhdudiyyətini göstərən xəbərdarlıq da yoxdur.

Hazırda ictimaiyyət tərəfindən adı daha çox hallanan hell enerji içkilərinin Azərbayacn nümayəndəliyindən bildirirlər ki, satışda olan üzərində yalnız macar dilində yazı olan içkilərin onlara aidiyyatı yoxdur. Azərbaycanda olan rəsmi distrubuterin gətirmiş olduğu bütün hell enerji içkilərininn üzərində Azərbaycan dilində məlumat yerləşdirilib. Bu içkilər bütün beynəlxalq qida təhlükəsizliyi standartlarına cavab verir. O ki qaldı yaşla bağlı məhdudiyyət məsələsinə nümayəndəlikdə hesab edirlər ki, uşaqlara istifadəsi tövsiyyə edilməməsi ilə bağlı qutunun üzərindəki xəbərdarlıq bu tələbə cavab verir. Yəni uşaq yaşı yerli qanunvericilikdə əksini tapıb.//xezerxeber.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 402 29.09.18 15:12