Baş nazir qərar verdi: Bu sənədlər 75 ildən sonra açılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |    

Baş nazir qərar verdi: Bu sənədlər 75 ildən sonra açılacaq

“Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq, şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir.

Həmin müddətlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın rəyi ilə uzadıla bilər.

Eyni zamanda, vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aradan qalxdığı və ya dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlamanın nəticəsi ilə razı olmadığı hallarda onun təşəbbüsü ilə təkrar yoxlama keçirilə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 502 29.09.18 14:04