Nazirlikdən Bakıda karton evdə yaşayan ailə ilə bağlı açıqlama - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |    

Nazirlikdən Bakıda karton evdə yaşayan ailə ilə bağlı açıqlama - FOTO

Bakı şəhəri Biləcəri qəsəbəsində, dəmiryolu xəttinin yaxınlığında qeydiyyatsız yaşayan, Tərtər rayonu, Buruc kənd sakini Tacəddin Məmmədovun ailəsinin maddi durumunun çətin olması ilə bağlı yayılan müraciətlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları ailənin yaşadığı yerə gediblər.

Bu barədə Yeniavaz.com saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

F. Talıblı deyib ki, şəraiti olmayan tikilidə yaşayan ailə başçısı Tacəddin Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-də Biləcəri 2 nömrəli işarəvermə və rabitə sahəsində işləyir: "Ailənin 3 övladı məktəbli ləvazimatlarının olmaması səbəbindən məktəbə getmirdilər.

Uşaqların hər birinə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilən zəruri ləvazimatları olan məktəbli çantaları təqdim edilib. Nazirlik əməkdaşları ailəyə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün elekton qaydada müraciət etmələri tövsiyə olunub.

Ünvanlı dövlət sosial yardımın təyin olunması üçün tələb olunan prosedurlar izah olunub. Ailənin digər əməkqabiliyyətli üzvü Xəyalə İsmayılova dəmiryolu ərazisində yaşadığı və buna görə övladlarını nəzarətsiz qoya bilmədiyinə görə təklif olunan vakant işlərdən imtina edib. Bununla belə ev şəraitində çalışmaq imkanı nəzərə alınaraq özünüməşğulluq proqramına cəlb edilməsi üçün rayon məşğulluq mərkəzinə dəvət olunub".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 420 28.09.18 18:26