Bu gün saat 11:30-da Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın olub.
Bu barədə Şirvan şəhər prokurorunun böyük köməkçisi Allahşükür Allahverdiyev Baku.ws-ə məlumat verib. Onun sözlərinə görə, hadisə “Araz” zavodunun metal əşyaların sıxılması sexində baş verib.
Yanğın zamanı 2 nəfər ağır yaralanıb. Onlara ilkin olaraq 4-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. Hazırda vəziyyətləri ağırdır. Bu səbəbdən, yaralılardan biri Bakıya göndəriləcək.
"İlkin məlumata görə, detalların sıxılması üçün nəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı laqunda ilə dəmir lövhəni kəsən zaman çıxan qığılcım yanğına səbəb olub. Yaralılar Vaqif Valeh oğlu Xəlilov və Sabit Əlisurət oğlu İsmayılovdur. Onlar Bu gün Bakı şəhərinə aparılacaqlar", - deyə Allahşükür Allahverdiyev bildirib.
Yanğın lokal ərazidə baş verdiyi üçün tez zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.