Vaqif adlı şəxs boşandığı həyat yoldaşı Gülbənizin əlindən aldığı 3 oğlunu evi ola-ola zirzəmidə saxlayırmış.
Median.Az Milli.Az-a istinadən xəbər verir ki, "Səni axtarıram" üzə çıxardıb ki, bunlardan xərçəng xəstəsi olan 11 yaşlı övladı dünyasını dəyişib.
Atası ölən övladını basdırsa da, doğma anasına oğlunun dəfn olunduğu yeri bildirməyib. 3 aydır ana qəbiristanlıqlarda oğlunu axtarır. Mərhumun məzarı proqram əməkdaşlarının köməkliyindən sonra tapılıb.