Bakıda sərnişin avtobuslarından birinə ''Əla qiymətlər alan şagirdlərdən gediş haqqı alınmır'' elanı vurulub.
Əməkdaşlarımız həmin ideyanın sahibi olan sürücünü tapıb.
Xezerxeber.az-ın məlumatına görə, belə bir elan sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.
Bu örnək davranışın hansı sürücü tərəfindən başlanıldığını araşdırdıq.
Məlum oldu ki, həmin şəkil metronun "Xalqlar" dostluğu stansiyası yaxınlığından Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni yaşayış massivinə sərnişin daşıyan 105 saylı avtobusların birində çəkilib.
Bu addımın təşəbbüskarı isə xətdəki avtobuslardan birinin sürücüsü olan Poladdır.
Polad Mirzəyev deyir ki, o, əla qiymət alan şagirdlərin gündəliyini yoxlayır. Əgər şagirdin son qiyməti əladısa, gediş haqqı almır.
Bu ideya ən çox elə şagirdlərin üzünü güldürüb. Onlar bundan sonra əla qiymət almaq üçün çox çalışacaqlarını deyirlər.
Daşıyıcı şirkətdən isə bildirildi ki, sürücünün bu addımı onlar tərəfindən də xoş qarşılanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: