Azərbaycan Aralıq dənizində keçiriləcək beynəlxalq hərbi təlimlərdə iştirak edəcək.
Median.Az “Haberler”ə istinadən xəbər verir ki, “Mavi balina 2018” adlı təlimlər sentyabrın 28-dən oktyabrın 7-dək keçiriləcək.
Təlimlərə Türkiyə, ABŞ, Azərbaycan, Əlcəzair, Bəhreyn, Qətər, Pakistan, Küveyt, Səudiyyə Ərəbistanı və Rumıniyanın hərbi-dəniz qüvvələrinin gəmiləri qatılacaq.
Təlimlər zamanı şərti düşmənin sualtı qayığının aşkarlanması və məhv edilməsi əməliyyatı keçiriləcək.
Qeyd edək ki, sentyabrın 8-də Aralıq dənizində Rusiya Hərbi-Dəniz Qüvvələrinin təlimləri keçirilib.