Ekoloqlar leysan yağışları ilə bağlı həyəcan təbili çalır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

Ekoloqlar leysan yağışları ilə bağlı həyəcan təbili çalır

Ölkə ərazisində yenidən leysan xarakterli yağış yağa bilər.

Bunu oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl yağan yağış respublika ərazisinə şimal-qərb istiqamətindən hava kütlələrinin daxil olması nəticəsində baş verib:

“Atlantik okeanı üzərində əmələ gələn, Şərqi Avropa düzənliyindən keçən hava kütləsi nəticəsində bu cür yağış yağıb. Belə yağışların olması mümkündür”.

Məhərrəm Həsənov qeyd edib ki, Bakıya düşən yağışın miqdarı aylıq normanın 122 faizindən artıq olub:

“Sentyabr ayında Bakıya düşən yağıntıların orta aylıq miqdarı17 mm civarında olur. Bu dəfə isə ortaq aylıq yağıntının miqdarından çoxdur. Növbəti aylarda bu cür yağışlar ola bilər. Sentyabr-oktyabr aylarında belə halların yenidən təkrarlanma ehtimalı var.

Keçid fəslində həmişə xüsusi hadisələr baş verir. İntensiv yağışların çoxalmasına səbəb qlobal iqlim dəyişkənliyi ilə bağlı olan prosesdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Oxu.Az-a bildirib ki, sentyabrın 26-dan ölkə ərazisində havanın temperaturu dəyişəcək:

“Bakıda və Abşeron yarmadasında güclü şimal-qərb küləyi əsəcək. Bu proses Bakıda daha cox küləyin güclənməsi və sentyabrın 27-də havanın temperaturun xeyli aşağı enməsi ilə xarakterizə olunacaq”.

Umayra Tağıyeva qeyd edib ki, iki gün müddətində havanın maksimal temperaturu 18-20 dərəcə təşkil edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 983 25.09.18 17:07