Məktəblərdə şagirdlərdən pul yığılır - İDDİA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |    

Məktəblərdə şagirdlərdən pul yığılır - İDDİA

Təhsil ilinin başlanması özü ilə problemlər də gətirib. Bəzi valideynlər şikayət edirlər ki, məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pul yığılır.

Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı bir məqsədlə şagirdlərdən pul yığılmamalıdır.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu, yolverilməzdir:

“Təəssüf ki, buna baxmayaraq, hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş məsələlərə görə şagirdlərdən pul yığılır”.

Ekspert qeyd edib ki, hər il dövlət büdcəsinin vəsaiti hesabına yüzlərlə məktəb binası tikilib istifadəyə verilir, təmir olunur:

“Təhsil ocaqları lazımi səviyyədə bütün avadanlıqlarla təmin olunur. Heç bir əlavə ləvazimatlara ehtiyac olmadığı halda məktəblərdə bu edilir. Bundan başqa, KSQ (kiçik summativ qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) sınaq imtahanları üçün şagirdlərdən pul yığılır ki, bu da yolverilməzdir. Çünki dövlət tərəfindən bütün məktəblər lazımi sayda printer və kağızla təmin olunur.

Amma apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bir çox məktəblərdə məktəb direktorları məktəbə verilən ləvazimatları mənimsəyib. Onlar da bu problemi həll etmək üçün müəllimləri məcbur edir ki, şagirdlərdən bu məsələləri həll etmək üçün pul yığsınlar.

Yeni tədris ili qısa müddət əvvəl başlamasına baxmayaraq, bir çoxları köhnə peşələrindən, vərdişlərindən əl çəkmirlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 265 25.09.18 12:52