Azərbaycanda ölünü məhkəməyə çağırdılar, həyat yoldaşının halı pisləşdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var  |     22:35 İlin ən yaxşı milli məşqçisi bəlli oldu  |     22:07 Bakıda yarımtikili uçub, ölən var  |     20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |    

Azərbaycanda ölünü məhkəməyə çağırdılar, həyat yoldaşının halı pisləşdi

Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) məhkəməyə çağırıb.

Baku.ws-ə bu barədə mərhumun oğlu Vüqar Əmirovun məlumat verib.

Onun sözlərinə görə, özünü Yaqub kimi təqdim edən məhkəmə icraçısı anasına zəng vuraraq tələb edib ki, həyat yoldaşını məhkəməyə gəlsin:

"Anama deyib ki, ərinizin borcu var, gəlib ödəsin. Hansıki, o borc atam yataqdaykən ödənilib. Məhkəmənin qərarı ilə pensiyasından tutulub. Mən anlaya bilmirəm, ödənilməsəydi belə, bu dörd ildə hardaydılar ki, indi zəng vururlar? Anam şəkər xəstəsidir, o zəngdən sonsa halı pisləşib.

Atam həmin o sözügedən məbləği iş yoldaşı Hacı Tofiq Zeynalov adlı şəxsdən borc almışdı. Atam qəfildən insult keçirdi və 6 il yataq xəstəsi oldu. Müalicəsinin pulunu çatdıra bilmədiyimizdən borcu ödəyə bilmirdik.

Həmin o Hacı Tofiq atamın vəziyyətini görsə də, borcunu geri istədi. Qaytara bilmədiyimizi görüb, məhkəməyə verdi. Xəzər rayon Məhkəməsinin çıxardığı hökmə əsasən həmin 300 manat atamın təqaüdündən tutulub Hacı Tofiqə verildi. İndi icra məmuru zəng edib deyir ki, o iş bizdə açıq qalıb. Axı bu necə ola bilər?"

Qeyd edək ki, mərhum Əmirov Əhmədağa Əmirhüseyn oğlu (20.09.1935 -02.07.2014) Türkan qəsəbə nümayəndəliyində 22 baş mühasib, 23 il Türkanda yerləşən 56 saylı Poçtun rəisi vəzifələrində çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 645 24.09.18 17:27