İTV-nin yarandığı gündən yayımlanan “Yeni gün” səhər verilişi artıq yayımlanmayacaq.
Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən oxu.az-a verilən məlumata görə, telekanal sentyabrın 17-dən etibarən hər səhər “Sabahın xeyir, Azərbaycan” adlı üç saatlıq informativ, əyləncəli proqramla tamaşaçıların görüşünə gələcək.
Həftənin beş günü, səhər saat 06:50-dən 10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin olacaq.
İTV-də yüksək vəzifələrə kadr təyinatları
Belə ki, verilişdə ictimai əhəmiyyət daşıyan aktual mövzular, sağlamlıq, hüquq, idman, mədəniyyətlə bağlı maarifləndirici süjetlər üstünlük təşkil edəcək.
Bundan əlavə, Azərbaycanın bölgələrinə səyahət ediləcək, onların mədəni-sosial həyatına qısa baxış keçiriləcək. Səhər proqramında “İctimai Televiziya”da başlayacaq yeni layihələrin təqdimatı, həmçinin gün ərzində yayımlanacaq proqramların anonsları da yer alacaq.