Nazirlik: Məktəb direktoru valideynlərdən forma almağı tələb edə bilməz » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:41 Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI  |     19:59 SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR (FOTO)  |     19:17 Bakıda obyektdə yanğın baş verib  |     18:15 İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi  |     17:44 Sloveniya İsrailin "Avroviziya"dan çıxarılmasını tələb etdi  |     17:24 Aleksandr Lukaşenko yeddinci dəfə prezidentliyə namizəd oldu  |     16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |    

Nazirlik: Məktəb direktoru valideynlərdən forma almağı tələb edə bilməz

Təhsil Nazirliyi bəzi məktəblərdə direktorlar tərəfindən məktəbli formalarının konkret ünvanlardan alınması ilə bağlı valideynlər qarşısında tələblər irəli sürməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, direktorların istər məktəbli formasının əldə olunması, istərsə də digər ləvazimatların alınması ilə bağlı valideynlərə hər hansı tələb qoyması yolverilməzdir:

"Bu cür məlumatlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan kimi qanunauyğun olaraq müvafiq addımlar atır. Heç bir məktəb rəhbərinin valideynə məktəbli formasının alınması ilə bağlı tələb irəli sürmək səlahiyyəti yoxdur. Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinə əsasən şagirdlər məktəbə məktəbli formasında gəlməlidirlər".

Nazir müavini qeyd edib ki, forma məktəb tərəfindən müəyyənləşdirir, lakin onu əldə etməklə bağlı valideynlərə azad seçim imkanı yaradır: "Valideynlərə müraciət edərək bildiririk ki, istər məktəbli forması, istər digər məktəb ləvazimatlarının alınması ilə bağlı məcburiyyət tətbiq edilsə, Təhsil Nazirliyinin 146 Qaynar xəttinə, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 998 13.09.18 12:25