Azərbaycanda din qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq var, bütün dinlərə eyni münasibətlə yanaşılır.
Median.Az-in trend-ə istinadla verdiyi məlumata görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, qanunla qeydiyyatdan keçən bütün dini icmalar üçün şərait yaradılıb.
Millət vəkilinin sözlərinə görə, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir.
S.Novruzov əlavə edib ki, Aşura günündə insanların özünü döyməsi, xəsarət yetirməsi, baş yarması qadağan olunur:
"Aşura günü anma mərasimi keçirmək istəyənlər bunu İslama uyğun şəkildə keçirə bilərlər".