2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Hazırda boş qalan yerlərə müddətsiz müqavilə ilə müəllimlərin əlavə yerləşdirilməsi həyata keçirilir.
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb. Müəllimlərdən yalnız biri ən yüksək bal - 60 bal toplayıb.
Ən yüksək bal toplayan müəllimlərin siyahısını təqdim edirik:
1. Günay Allahverdiyeva - Bakı şəhəri 166 nömrəli tam orta məktəb - 60 bal.
2. İdris Abıyev - Bakı şəhəri 102 nömrəli tam orta məktəb - 59 bal.
3. Aytac Ziyadxanlı - İsmayıllı rayonu Buynuz kənd R.Ocaqov adına tam orta məktəb - 59 bal.
4. Şahin Hüseynov - Ağdam rayonu Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəb - 58 bal.
5. Nuranə Abbasova - Bakı şəhəri 44 nömrəli tam orta məktəb - 58 bal.
6. Elmar Abbaslı - Gəncə şəhəri 10 nömrəli tam orta məktəb - 58 bal.