İrandan gələn toz fırtınası Azərbaycana təsir edəcək? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |     12:53 Tiqran Keosayan komaya düşdü  |     12:48 Yasamal Uşaq Klinik Xəstəxanasında xəstəyə tibbi müdaxilənin mümkün olmadığı deyilib - SƏBƏB (VİDEO)  |     12:38 Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?  |     12:07 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi  |    

İrandan gələn toz fırtınası Azərbaycana təsir edəcək? - AÇIQLAMA

İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

“Peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınası ölkəmizə təsir etməyəcək”, - deyə o bildirib.

U.Tağıyeva qeyd edib ki, adətən, toz fırtınalarının davamiyyəti dörd gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması, əsasən, sentyabrdan aprelə qədər müşahidə olunur:

“Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzənlik ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 097 27.08.18 15:33