Oğuzda şəlaləyə baxmaq və foto çəkdirmək niyə pulludur? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |     12:53 Tiqran Keosayan komaya düşdü  |     12:48 Yasamal Uşaq Klinik Xəstəxanasında xəstəyə tibbi müdaxilənin mümkün olmadığı deyilib - SƏBƏB (VİDEO)  |     12:38 Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?  |     12:07 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi  |    

Oğuzda şəlaləyə baxmaq və foto çəkdirmək niyə pulludur? - VİDEO

Oğuz rayonundakı Xalxal şəlaləsinə baxmaq, şəlalənin yaxınlığında şəkil çəkdirmək istəyən turistlərdən ödəniş tələb olunur. Rayonun Xalxal kəndində olan şəlaləyə yaxınlaşmaq üçün olan körpüdən keçmək ödənişlidir.

Median.Az
-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, şəlaləyə yaxınlaşmaq və şəkil çəkdirmək üçün adambaşına 1 manat 20 qəpik, qayıqla 10 dəqiqəlik gəzinti üçün isə 20 manat ödənilməlidir.

İstirahət mərkəzində olan şəlalə, əslində, təbii şəlalədən seçilməsə də, 2015-ci ildə istirahət mərkəzinin sahibi tərəfindən yaradılıb.

Təxminən üç kilometr məsafədən çay suyu dəmir boru ilə gətirilərək görünən hündürlükdən qayaların üstünə tökülür.

İstirahət mərkəzinin nümayəndəsi ərazinin hər yerində deyil, təkcə şəlaləyə gedən körpüdən suya yaxınlaşmanın ödənişli olduğunu deyir.

O bildirib ki, bu şəlalənin onlar tərəfindən yaradılması Oğuz rayonuna turistlərin daha çox cəlb olunmasına səbəb olub.

Xalxal bələdiyyəsinin sədri Nəriman Ramazanov da şəlalənin 2015-ci ildə obyekt sahibləri tərəfindən süni yaradıldığı təsdiq edib. Bələdiyyə sədri bu məsələyə müdaxilə etmək səlahiyyətinin olmadıgını bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 749 27.08.18 12:39