Bakıda avtobusda daha biabırçı hadisə yaşanıb.
Bu gün Bayıl - 7-ci mikrorayon istiqamətində hərəkət edən "10 JK 271" dövlət nişanlı 88 nömrəli marşutda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb.
Kondisioneri qoşmadığına görə sərnişinlərlə mübahisə edən sürücü "düşün hamınız, sürmürəm" deyərək sərnişinləri avtobusdan düşürüb. Sərnişinlər çarəsiz vəziyyətdə başqa avtobusa miniblər.//milli.az