Median.Az xəbər verir ki, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən Boyat kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 670 kiloqram olan 427 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa, Gədəbəy RPŞ-nin əməkdaşları Başkənd kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 218 kq. olan 1560 ədəd çətənə kolu aşkar edilib, Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən Dəstəfur kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 678 kiloqram olan 5531 ədəd çətənə kolu aşkar edilib.
Narkotik tərkibli bitkilər məhv edilib.