Aparıcı Lamiyə Ələkbərova oğrunu ifşa edib.
Ötən gün aparıcının evinin qarşısında oğlunun velosipedini oğurlayıblar.
L. Ələkbərova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Teleaparıcı instaqramda video paylaşaraq həmin şəxsi ifşa edib:
"Bu şəxs oğrudur. Dünən 15 radələrində bizim qapının ağzından oğlumun velosipedini oğurlayıb. Bu, bizim qapıdan götürülən ikinci velisopeddir. Biz artıq hüquq-mühafizə orqanlarına şikayət etmişik. Bu videonu paylaşmaqda məqsədim odur ki, siz də ehtiyyatlı olun"./azxeber.com