Azərbaycan dilinə 2650 yeni söz daxil edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Azərbaycan dilinə 2650 yeni söz daxil edilib

Azərbaycan dilinə yeni daxil olan daha 2 650 söz müəyyən edilib.

Median.Az
xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib:

"İkinci yeni sözlər lüğəti artıq hazırdır, lüğət hazırda çap olunma mərhələsindədir. Onun sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur".

Komissiyanın sədr müavini əlavə edib ki, yeni sözlər lüğətə daxil edilməmişdən əvvəl alimlər tərəfindən geniş müzakirə edilib. O, yeni sözlərin daha sonra hazırlanan orfoqrafiya lüğətinə və Azərbaycan dilinin çoxcildli izahlı lüğətinə daxil ediləcəyini də söyləyib.

Onun sözlərinə görə, dilçi alimlər tərəfindən son 3 il ərzində Azərbaycan dilinə 5 150 yeni sözün daxil olduğu müəyyənləşdirilib. S.Sadıqova qeyd edib ki, Azərbaycan dilinin 2015-ci ildə çap olunan ilk yeni sözlər lüğətinə 2 500 söz daxil edilib.

Dilimizə daxil olan yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində işlərin hazırda da davam etdiyini deyən S.Sadıqova əlavə edib ki, yeni sözlərin çoxu tibb, informatika, jurnalistika, loqistika, iqtisadiyyat sahəsi üzrədir:

"Biz riyaziyyat və fizika sahəsinə aid olan o qədər yeni söz tapa bilmirik. Ancaq logistika, informatika, gömrük sahələrində yeni sözlər daxil olur. Onların arasında alınma sözlər, eyni zamanda Azərbaycan dilinin daxili imkanları hesabına yaranan sözlər də var".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 186 24.07.18 17:39