“Azərsu"nun əməkdaşı keçmiş nazirdən rüşvət tələb etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

“Azərsu"nun əməkdaşı keçmiş nazirdən rüşvət tələb etdi

"Azərsu" ASC-nin əməkdaşı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdan rüşvət tələb edib.

Median.Az
xalq.az-a istinadla xəbər verir ki, keçmiş nazirdən Mərdəkan qəsəbəsində yerləşən bağ evinə su xətti çəkdirmək üçün 1200 manat pul tələb olunub. Tofiq Zülfüqarov şəxsi "Facebook" səhifəsində qeyd edib ki, yaşadığı küçədə hər kəsin evi üçün bu əməliyyatı ediblər, kimindən 2000, kimindən də 350 manat alaraq su xətti çəkiblər.

"Hər kəsə görünüşünə görə qiymət verirlər, bilmirəm gülüm yoxsa…” deyə keçmiş nazir qeyd edib.

Xalq.az-ın əməkdaşı Xəzər rayon Sukanal idarəsi ilə əlaqə saxlayaraq məsəyə münasibət öyrənmək istəsə də, dispetçer İbrahim Həsənov bildirib ki, rəis Mübariz Nəsirov işdə olmadığına görə heç bir məlumat verə bilməz.

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə telefon zənglərinə cavab verməyib. "Azərsu" ASC-nin 955 qaynar xətti davamlı məşgul olduğu üçün məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam izmalayıb və "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 milyon manat ayırıb. Lakin bu günə qədər Xəzər rayon sakinləri su problemindən əziyyət çəkir və mənşəyi məlum olmayan su maşınlarından istifadə üçün su alırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 748 24.07.18 17:28