Bakıda ağacların dibinə “kislota” tökən saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Bakıda "Formula-1"ə görə bağlanan bütün yollar açıldı  |     22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:46 NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı  |     22:33 KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək  |     22:16 Britaniyalı supermodel: Bakı səfərim əla keçdi  |     22:07 ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq etdi  |     21:55 Azərbaycan Rusiyaya nota verdi  |     21:45 İki qardaş maşınlardan və terminaldan 14 min manat oğurladı - VİDEO  |     21:38 Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilində məktəbə velosipedlə gediblər  |     21:27 Moldovada Prezident Sandu canlı efirdə olarkən zəlzələ baş verib - VİDEO  |     21:13 Bu bürclərin atdığı hər addım şansla dolu olacaq  |     21:05 Qaynar çay içənlərə XƏBƏRDARLIQ: Dil xərçənginə səbəb olur  |     20:43 Gürcüstan - Rusiya sərhədi bağlanacaq  |     20:24 Ağdamda 18 yaşlı oğlan HƏMYAŞIDINI BIÇAQLADI  |     20:00 Rumıniyada zəlzələ baş verdi  |     19:13 Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək  |     18:51 "Milan"ın ulduzu dörd ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq  |     17:58 Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman  |     17:13 Bəzi rayonlarda hava qeyri-sabit keçəcək, temperatur 3-6 dərəcə aşağı enəcək  |     16:41 Azərbaycan Tibb elminə ağır itki üz verib  |    

Bakıda ağacların dibinə “kislota” tökən saxlanıldı

Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri və yaşıllıqları ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 539 24.07.18 13:40