Azərbaycanın paytaxtı Bakı Rusiya vətəndaşları arasında yay istirahəti üçün ən populyar istiqamətlər siyahısına başçılıq edir.
Median.Az xəbər verir ki, “TurStat” agentliyinin məlumatlarına əsasən, ilk pillələrə Minsk və Almatı da daxil olub.
Azərbaycan paytaxtı istirahət və şopinq üçün istiqamətlərin reytinqində ilk pilləni tutub.
Ən bahalı yay turları isə Kişinyov və Bişkek olub.
Agentliyin məlumatına görə, rusiyalı turistlər şəhərlərdə və MDB ölkələrinin kurortlarında istirahət üçün sutkada 50 dollardan 100 dollaradək pul xərcləyir.