Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq

Bakıda yeni açılan marşrut xəttinin fəaliyyətə başlayacağı vaxt məlum olub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 7A və 7B müntəzəm marşrut xətlərinin fəaliyyətə başlaması istiqamətində aparılan işlər yekunlaşıb. Marşrut xətləri iyulun 21-dən istifadəyə veriləcək. Marşrut üzrə "BakuBus" MMC-yə məxsus avtobuslar fəaliyyətə başlayacaq.

7A və 7B müntəzəm marşrut xətlərinə kondisionerli avtobuslar buraxılacaq. Bu avtobuslar "İveco Crealis" və "İveco Urbanway" markalı avtobuslardır.

Avtobuslar 7A marşrut xətti üzrə Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli" metrostansiyası, 7B marşrut xətti üzrə isə Yeni Yasamal qəsəbəsi ("Qismət" şadlıq sarayı) - "Əhmədli" metrostansiyası istiqamətində hərəkət edəcək.

7A və 7B müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq olunacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 260 19.07.18 17:53