Vüsal Kərimli: “Bakıda parklanma siyasətinə yenidən baxılacaq” - BÖYÜK YENİLİKLƏR – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Vüsal Kərimli: “Bakıda parklanma siyasətinə yenidən baxılacaq” - BÖYÜK YENİLİKLƏR – VİDEO

“Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri genişləndirilib. Səlahiyyətlərin genişləndirilməsinin əsas səbəbləri Bakı şəhərinin nəqliyyatının bir qurum tərəfindən kordinasiya olunmasıdır”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Qurum rəhbəri İTV-nin "Diqqət mərkəzində" verilişində çıxış edərkən maraqlı məqamlara toxunub.

“Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik. Həm dayanacaqlar, həm işıqforlar, həm parklama yerləri ilə bağlı yeniliklər tətbiq olunacaq. Ümumilikdə Bakıda parklanma siyasətinə yenidən baxılacaq. Bu vətəndaşa xidmətə təsir edəcək”, - deyə Vüsal Kərimli bildirib.

Qurum rəsmisi bildirib ki, digər məsələlərdən biri də vətəndaşlara vaxtında və düzgün məlumatın ötürülməsidir:

“Digər məsələlərdən biri də insanlar arasında nəqliyyat baxımından neqativ fikirlərin yayılmasıdır. Buna səbəb də, insanlara vaxtında məlumatların verilməməsidir. Bizim də əsas məqsədlərimizdən biri istər yaxşı, istərsə pis hadisə baş verəndə, vətəndaşlara məlumatların dərhal çatdırılmasını təmin etməkdir”.

Vüsal Kərimli deyir ki, digər tərəfdən dayanacaqlarla əlaqədar Bakı şəhər İcra Hakimiyyətilə təhvil-təslim prosesi gedir:

“Dayanacaqların çoxu düz yerlərdə quraşdırılmayıb. Elə yerlər var ki, döngələrdədir. Dar küçələrdə dayanacaqlar qoyulub. Bu da avtomobillərin rahat hərəkətinə mane olur. Dayanacaqlarda kameralar quraşdırılır. Bunun əsas səbəblərində biri taksi və digər maşınların qanunsuz olaraq dayanacaqda parklanmasının qarşısını almaqdır. Digər əsas məsələlərdən biri də hansı marşrutdan nə qədər insanın istifadə etməsini müəyyən etməkdir. Təhlükəsizlik baxımından da bu məqam əsas şərtlərdən biridir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 385 19.07.18 13:20