Median.Az xəbər verir ki, ötən gün paytaxtda yaşayan əcnəbi vətəndaş Sabunçu RPİ 13-cü polis bölməsinə "AK" markalı avtomat silahı, 121 ədəd patronu və üç ədəd patron darağını təhvil verib.
İzahatda o göstərib ki, silah-sursatı Sabunçu rayonunda, yaşadığı evin qarşısında tapıb.
Faktla bağlı araşdırma aparılır.