Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi danışdı: vəziyyəti necədir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |     16:39 Mirzоyan: "İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb"  |    

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi danışdı: vəziyyəti necədir?

"Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq”.
Bunu Elmar Vəliyevi əməliyyat edən Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi Gülşah Öztürk deyib.


Köməkçi bildirib ki, Türker Kılıç Elmar Vəliyevin səhhəti ilə bağlı tez-tez onun yaxınları və bəzi mənbələrlə əlaqə saxlayır:

"Gəncəyə dəvət edilərkən ilk dəfə Elmar müəllimin beyin əməliyyatını Türker Kılıç edib. Əməliyyatın nə qədər çəkdiyi və necə keçdiyi barədə isə məlumat verə bilmərik. Məndə hazırda xəstənin harda müalicəsini davam etdirdiyi barədə də məlumat yoxdur. Onu deyə bilərəm ki, Türker Kılıç tez-tez Elmar Vəliyevin səhhəti ilə maraqlanır və xəstənin sağlıq durumu getdikcə yaxşılaşır”.

Qeyd edək ki, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç iyulun 4-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.

Qeyri-rəsmi məlumatlara və sosial şəbəkələrdə paylaşılan şəkilə əsasən, Elmar Vəliyevin hazırda İsraildə müalicə olunduğu bildirilir. (Modern.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 875 17.07.18 16:44