Qənirə Paşayeva: Əlillər işlə bağlı ciddi problemlə üzləşirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir  |     22:36 Bu il metodistləri nə gözləyir? - RƏSMİ CAVAB  |     22:13 Abşeronda yaşayış evində partlayış: Yaralananlar arasında uşaqlar var  |     22:03 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     22:01 Araik Harutyunyan məhkəmədə üzr istədi  |     21:57 Cahangir Əsgərovun xanımı vəfat etdi  |     21:55 Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib  |     21:28 Vardanyan, Arayik... - Məhkəmədən FOTOLAR  |     21:17 Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ  |     21:13 KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb  |     20:31 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     20:19 Coşqun və Rafael bu dəfə AĞLATDILAR - VİDEO  |     20:17 İqtisadi fəal əhalinin sayı açıqlandı  |     20:10 Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat  |     20:01 Bakıda evdən meyit tapıldı  |     19:56 İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib  |     19:47 İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib  |     19:40 Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi  |     19:31 Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:22 Bakıda kişi küçədə öldü  |    

Qənirə Paşayeva: Əlillər işlə bağlı ciddi problemlə üzləşirlər

Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində dönüş yaratmaq üçün ciddi işlər görülməlidir.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

O, qeyd edib ki, parlamentdə ikinci oxunuşda müzakirəsi gözlənilən “Məşğulluq haqqında” qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər:

“Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşir və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində dönüş yaratmaq üçün ciddi işlər görülməlidir. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır.

Torpaqlarımız uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi veteranlarının, əlillərinin işlə təminatı çox vacibdir, çünki bu insanların işlə təminatında üzləşdikləri çətinliklərin həll edilməməsindən ailələri çox əziyyət çəkir”.

Millət vəkili eyni zamanda, parlamentdə qaldırdığı bir məsələyə də təkrar qayıdaraq bildirib ki, müəllim ixtisası üzrə təhsil almış bir sıra əlil gənclər iş tapmaqda çətinlik çəkirlər:

“Çıxışımda qeyd etmişdim, bu gün də qeyd etmək istəyirəm ki, bu məsələdə çox böyük problemlər var. Onlar müəllim ixtisasına yiyələniblər, təbii ki, müəllim də işləməlidirlər. Ancaq həmin insanlar iş tapa bilmirlər. Ona görə bir daha Təhsil Nazirliyinə çağırış edirəm və bildirirəm ki, əlil olan və müəllim ixtisası üzrə təhsil almış gənclər mütləq işlə təmin olunmalıdırlar”.

Q.Paşayeva həmçinin, sahibkarlar tərəfindən hüquqları pozulan və əmək müqaviləsi olmadan işləyən işçilərin hüquqları məsələsinə də toxunub:

“Təbii hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarla qarşı süni maneəler, qanunsuz yoxlamalara əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasına da qarşıyıq.

Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq?

Eyni zamanda, əmək müqaviləsi olmadan çalışan işçilərin sahibkarlar tərəfindən işdən çıxarıldığı zaman öz əmək hüquqlarını müdafiə etmə məsələsi də çox vacibdir və bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyini daha böyük diqqət göstərməyə çağırıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 667 01.06.18 12:14