Deputat: Cənub Qaz Dəhlizi Azərbaycanı bazarda mühüm oyunçuya çevirir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Deputat: Cənub Qaz Dəhlizi Azərbaycanı bazarda mühüm oyunçuya çevirir

Cənub Qaz Dəhlizinin açılışı həm Azərbaycan üçün, həm də region üçün böyük əhəmiyyətə malikdir.

Bunu oxu.az-a açıqlamasında Azərbaycanın AŞPA və ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin istismara verilməsi Azərbaycanı regional təbii qaz bazarında mühüm oyunçuya çevirir.

O qeyd edib ki, Azərbaycan bundan həm maddi olaraq, həm də geosiyasi baxımdan faydalanacaq:

“Qaz ixracından əldə edilən gəlirlər iqtisadi inkişafımıza yeni stimul verəcək. Artan maliyyə imkanları Azərbaycan iqtisadiyyatını daha da diversifikasiya etməyə şərait yaradacaq. Qaz ixracından əldə edilən maliyyə vəsaitləri iqtisadiyyatımızın digər prioritet sahələrinə yatırılacaq.

Nəticə etibarilə Azərbaycan iqtisadiyyatı dinamik yüksəlişin yeni mərhələsinə qədəm qoyacaq. Cənub Qaz Dəhlizinin açılışının digər mühüm aspekti geosiyasətdir. Sirr deyil ki, müasir dünyada təbii resurslar həm də bəzən siyasi alət kimi çıxış edir.

Azərbaycan qazının dünya bazarına çıxışı bizim siyasi mövqelərimizi daha da möhkəmləndirəcək. Bizim müstəqil siyasətimiz davamlı və daha qətiyyətli olacaq. Biz öz milli maraqlarımızı daha əzmlə müdafiə edəcəyik. Cənub Qaz Dəhlizi böyük infrastruktur layihəsidir.

Layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Bir sözlə, Cənub Qaz Dəhlizinin açılışı müasir Azərbaycan üçün çox əlamətdar hadisədir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 102 30.05.18 14:18