Dövlət Sərhəd Xidməti (DSX) və DİN əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İran vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Heydər oğlu saxlanılıb.
DSX-dan bildirilib ki, o, İmişli rayonu ərazisində Cəbrayıl rayonunun məcburi köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Respublikasından Azərbaycan Republikasının ərazisinə keçməyə cəhd göstərib.
Sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan Respublikası ərazisinə rəsmi yolla gəlmiş beş nəfər Banqladeş vətəndaşına bələdçilik edərək İran ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sərhədini pozması müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Banqladeş vətəndaşları – 1993-cü il təvəllüdlü Mahammad Calal Uddin, 1994-cü il təvəllüdlü Axmed Malik Minbarali, 1995-ci il təvəllüdlü Minhaj Uddin Cabed, 1998-ci il təvəllüdlü Abdul Kazim Tolukber, 1999-cu il təvəllüdlü Mahammad Ebad Mozumber şübhəli şəxs qismində saxlanılıblar.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.