Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
Median.Az Trend-ə istinadən bildirir ki, məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
Mövsümi xarakterli dəyişikliyə əsasən, 01.06.2018 tarixindən:
-107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Buzovna" çimərliyinə;
-108A nömrəli marşrut xətti avtobuslar "Görədil" və "Fatmayı" bağlarına;
-141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil" çimərliyinə qədər;
-171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi "See Breeze" istirahət mərkəzinə;
-172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Bilgəh" bağlarına;
-173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı" bağlarına və çimərliyinə qədər;
-185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar "Qızılqum" sanatoriyasına qədər;
-189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş" bağlarına qədər;
- 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan" bağlarına qədər fəaliyyət göstərəcək.